Mərkəzin direktoru işdən çıxarıldı –Yerinə baş məsləhətçi gətirildi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Təlim və Simulyasiya Mərkəzinin direktoru Aytən Rzayeva işdən çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə sözügedən vəzifəyə Səfərova Ayşən Oruc qızı təyin edilib.
Qeyd edək ki, Ayşən Səfərova bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin İnzibati idarəetmə şöbəsinin kadrlarla iş üzrə baş məsləhətçisi vəzifəsində çalışıb.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.