Messi oynamaq arzusunda olduğu komandanın adını çəkib

“İnter Mayami”nin kapitanı və hücumçusu Lionel Messi “Nyuells Old Boyz”da oynamaq arzusundan danışıb.

Azpost.info bildirir ki, bu barədə “Infobae” saytı yazıb.

“Mən həmişə o komandada oynamaq istəmişəm. Xüsusən də dünya çempionu olduqdan sonra Argentina futbolundan həzz almaq üçün “Nyuells Old Boyz-da oynamaqdan həzz almaq istəmişəm. Çünki uşaq vaxtı onların meydançasında oynamışam. Mən onlarla oynamaq arzusundayam”, – Messinin sözlərini “Infobae” sitat gətirib.

Lionel Messi azad agent kimi “İnter Mayami”yə transfer olub. Futbolçu əvvəllər “Barselona” və PSJ-də çıxış edib.

36 yaşlı futbolçunun Amerika klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm Messi ABŞ-da 12 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.