Messi zədələnib

“İnter Mayami”nin kapitanı Lionel Messi sol bud əzələsindən zədə alıb.

Azpost.info-nun məlumatına görə, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Əzələ gərginliyi Ekvadorun “Barselona” klubu ilə oyundan bəri davam edir.

Argentinalı futbolçu çərşənbə günü məşqdə iştirak etməyib. Klub bildirib ki, onun meydana qayıtması yaxın günlərdə sağalma prosesindən asılı olacaq.

“championat.com” saytının məlumatına görə, Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzo ailə həyat tərzindən danışıb. O, futbolçunun ciddi pəhriz saxladığını və spirtli içki və siqaretdən çəkindiyini bildirib. Rokuzzo məşq, qidalanma və zehni sağlamlığın vahid bir sistem təşkil etdiyini və onların həyat tərzi olduğunu vurğulayıb.

Messi 2023-cü ildən bəri Amerika klubunda oynayır, əvvəllər PSJ və “Barselona”da oynayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.