“Meta” şirkəti infrastruktur üzrə vitse-prezident vəzifəsində çalışmış Dipinder Sinqx Xurananı məxfi məlumatları oğurlamaqda ittiham edərək məhkəməyə verib.
Azpost.info xəbər verir ki, iddialara görə, Xurana məxfi sənədləri endirib və öz qurğularına köçürüb.
“Meta” iddia edir ki, Xurana şirkətdəki son günlərində həssas məlumatları oğurlamaq üçün vəzifəsindən sui-istifadə edib. Şirkət xüsusi bir sənədə – yüksək qiymətləndirilən işçilər haqqında məlumatları əhatə edən daxili cədvələ diqqət yetirir.
“Meta” şübhələnir ki, Xurana bu siyahıdan bacarıqlı işçiləri “ovlamaq” üçün istifadə edib. Belə ki, Xurana getdikdən sonra cədvəldə qeyd olunan bir neçə“Meta” işçisi onun yeni şirkətinə keçib.
“Meta” zərərin ödənilməsini və Xurananın iddia edilən səhv davranış nəticəsində əldə etdiyi mənfəətin qaytarılmasını istəyir.
Azpost.info