Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Metropark”ın qarşısında törədilən qətllə bağlı hökm oxundu

Orkhan Ali 31 Yanvar 2025 - 13:34 (Last updated: 21 May 2025 - 20:15)
Metropark

Metropark

Bakının Nərimanov rayonunda ticarət mərkəzinin qarşısında odlu silahla qətl törətməkdə təqsirli bilinən İsmayıl Allahverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Demokrat.az  xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Günay Əsgərova ittiham nitqi ilə çıxış edib. O, İsmayıl Allahverdiyevin 18 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.

Daha sonra zərərçəkmiş şəxslərin vəkili Ceyhun Məmmədov çıxış edib. O, dövlət ittihamçısının çıxışı ilə razı olmadığını deyib.

Vəkil qeyd edib ki, təqsirləndirilən şəxs mərhum Tural Kosayevdən üzr istəməyi tələb edib, əks halda öldürməklə hədələyib. Vəkil deyib ki, təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli şəxsdir. Onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə çıxışı edən təqsirləndirilən şəxsin vəkili isə məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib.

Daha sonra təqsirləndirilən şəxs son söz deyib.  O bildirib ki, mərhum onu təhqir edib. Onun sözlərinə görə, mərhum onun üzərində üstünlüyünü nümayiş etdirib. O məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib: “Mənim onunla əlaqəm olmayıb. Mən hərbçi adam idim.Həmişə təlimlərdə olmuşam”

Daha sonra hakimlər hökm elan edib. Hökumə əsasən İsmayıl Allahverdiyev 17 il müddətinə azadlıqdan mərhum edilib.

İsmayıl Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib.
İttihama görə, hadisə ötən ilin iyunun 26-sı qeydə alınıb.

Hadisəni törədən 20 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi “Metropark” ticarət mərkəzinin önündə güllələyib.

İttihama görə, Tural Kosayevin yanında qız da olub. Mərhum qıza görə İsmayıl Allahverdiyevi təhqir edib .

Mübahisədən sonra o, qaçmağa başlayıb, İsmayıl isə belindən silahı çıxararaq Turala atəş açıb. Hadisəni törədən 20 yaşlı İsmayıl Allahverdiyev “Ya sən öləcəksən, ya mən”, – deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.

Qeyd edək ki, hər iki şəxs Qazax rayonunun Daş Salahlı kəndindədir.

Bundan başqa, İsmayıl Allahverdiyev müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.

Post navigation

Previous: Minsk Qrupunun ləğvi Bakı-İrəvan münasibətlərini normallaşdıracaq –
Next: İnsult keçirən “Faytonçu Nazim”in vəziyyəti açıqlandı

Oxşar xəbərlər

haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
turk vor zakon
  • Kriminal

Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO

User 13 Noyabr 2026 - 11:16
Həbs
  • Kriminal

İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı

User 11 Noyabr 2026 - 10:38

xƏBƏR

der leyen
  • Sosial

Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir

User 14 Noyabr 2026 - 12:07
Avropa İttifaqı süni intellektin inkişafı üçün 500 milyard avro investisiya cəlb etməlidir. Bu vəsaitə qabaqcıl süni intellekt...
Read more about Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir
Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN andicme
  • Sosial

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN

User 14 Noyabr 2026 - 11:17
2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət budce
  • Baş Yazı

2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət

User 14 Noyabr 2026 - 11:10
Vətəndaşlar qazandığı pulun 55 faizini ərzaq və dərmana verir – Natiq Cəfərli erzaq
  • Sosial

Vətəndaşlar qazandığı pulun 55 faizini ərzaq və dərmana verir – Natiq Cəfərli

User 14 Noyabr 2026 - 10:51
Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib tecili yardim
  • Sosial

Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib

User 14 Noyabr 2026 - 10:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.