“Microsoft” “TikTok”u almaqda maraqlıdır –Tramp

tramp tiktok

“Microsoft” “TikTok”u almaqda maraqlıdır

“Microsoft” Çinin “ByteDance” korporasiyasından “TikTok” qısa videolarının yaradılması və onlara baxılması xidmətini almaqda maraqlıdır.

AzPost AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp bu xidməti əldə etməkdə maraqlı olan digər Amerika şirkətlərinin adlarını açıqlamayıb.

CNBC-nin məlumatına görə, ABŞ administrasiyası “TikTok” səhmlərinin 50%-nin alınması üçün potensial iddiaçıları seçir. Əsas iddiaçılar “SpaceX”, “Tesla” və X şirkətlərinin sahibi İlon Mask və “Oracle” şirkətinin rəhbəri Larri Ellisondur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.