Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

MİDA-dan güzəştli ev almaq istəyənlər kompyuterdə necə işləməlidirlər? –

User 04 Noyabr 2025 - 13:15 (Last updated: 04 Noyabr 2025 - 13:18)
mida bina
Vətəndaşlar bir çox hallarda MİDA-nın güzəştli mənzil satışı zamanı internetdən narazılıq edirlər. Onlayn platformada vaxtın azlığından, texnoloji vərdişlərin azlığı onlyan alış-veriş üçün əsas problem hesab edilir. 
AzPost bildirir ki, informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Pərdəşünas MIDA-da onlayn formada ev almaq istəyənlər üçün bəzi məsləhətləri verib.
–MIDA üçün çox sürətli, 4000–5000 manatlıq kompüterə ehtiyac yoxdur. Orta göstəricilərdə, donmayan-tutulmayan, əməli, yəni RAM yaddaşı 8 GB və üzəri olan kompüterlərlə rahat oynamaq olur. Çalışın brauzerdə çox pəncərə açmayın. “Google Chrome” brauzeri ilə oynamaq məsləhətdir.
▪️İnternetlə bağlı diqqətli olmaq lazımdır. Ola bilər sizə xidmət göstərən provayder yaxşı sürət verir, amma ping yüksəkdirsə, bu o deməkdir ki, artıq yarışda geridəsiniz. MIDA oyununda internetin ping dəyəri daha önəm kəsb edir. Bu serverə sorğunu yönəldib, cavab almaq üçün vaxtdır. Nə qədər aşağı olsa, bir o qədər yaxşıdır. 50 Mb/s yuxarı və 20-dən aşağı ping ideal olar. 20–30 arası ping də məqbuldur.
▪️Əl vərdişi — bu ən əsas məsələdir. Əgər həqiqətən ev udmaq istəyirsinizsə, məsləhətdir ki, ən az 1 həftə–10 gün əvvəldən demoda məşqlər edəsiniz. Gözünüz öyrəşməli və əl vərdişi yaranmalıdır. Xüsusi saytlar var ki, orada mausla reaksiya vermə sürətinizi artıra bilərsiniz. Gündəlik 10 dəqiqə reaksiya məşqi oyunda çox kömək olur. Mən udmaq üçün 7 gün məşq etmişdim.
▪️Əlavə texniki cihazlar: Oyun zamanı maus istifadəsi mütləqdir. Mausun DPI dəyərini, yəni ekranda sürüşmə sürətini tənzimləyin. Bu millisekundlar da olsa seçim sürətinizə təsir edə bilər. Kompüteri internetə bağlamaq üçün isə LAN kabeli istifadə etsəniz, yaxşı olar. Diqqət edin ki, oyun zamanı evdə şəbəkəni yükləyən əməliyyatlar olmasın.
▪️Oyun zamanı ən, ən, ən önəmli hissə demoda təqdim olunmayan təhlükəsizlik yoxlanışıdır. Açdığınız hər səhifədə sizi gözləyən bir təhlükəsizlik yoxlaması olur. Bu adətən həmin günün tarixi, sizin doğum tarixiniz, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya hansısa təqdim olunan rəqəmin daxil edilməsi ola bilər. Burada işin diqqət edilməli tərəfi odur ki, rəqəmləri daxil etmək üçün düymələr ekranda virtual formada qarışıq yerləşir. Yəni normalda telefonda 1 2 3 rəqəmi yanaşı, altında 4 5 6 formasında gözümüz öyrəşibsə, burada sıralama ixtiyari olur. 5 7 3 altında 9 0 1 kimi. Yəni göz yaddaşı unudub, konkret rəqəmi axtarmaq lazımdır. Bunu özünüz haradasa çəkib, məşq edə bilərsiniz.
▪️Başqalarından kömək nə zaman ala bilərsiniz? Əgər qaydaları başa düşmədinizsə, deməli başqa şəxsdən kömək almalısınız. Bu qeyri-qanuni sayılmır. Ətrafınızda anlayışı olan adamdan bunu istəyə bilərsiniz. Amma tanıdığınız adam olmalıdır ki, sizə can yandırıb, məşq eləsin. Yoxsa, uzaq qohum, tanış-bilişdən xahiş etməklə bu iş alınmır. Əgər ping nədir, RAM nədir bilirsinizsə, kompüterə hakim olmusunuzsa, elə özünüz də məşq edib, başı çıxan adamdan daha yaxşı nəticə göstərə bilərsiniz.
▪️Bu işi pulla edən adamlar da var. Onlara pul vermək o halda qanunsuz sayılır ki, onlar kiber müdaxilə ilə nəsə edirlər. Buna qətiyyən razı olmayın, çünki məsuliyyət yaradır. Yox kimsə sizdən ödəniş alıb, bu işə zaman ayırdığı üçün qarşılıq tələb edirsə, bu hal başa düşülən sayıla bilər və qanunsuzluq elementi yoxdur. Buna mütləq diqqət edin.
Ümumiyyətlə indiki şərtlərdə kiber müdaxilə çətindir. Çünki son ana qədər təhlükəsizlik yoxlanışını heç kim bilmir.

AzPost.az

Post navigation

Previous: Ölkədə 149 min nəfər xüsusi şərtlərlə pensiya alır
Next: “Azərbaycanla sülh yeni doğulmuş körpədir, qayğı tələb edir” –

Oxşar xəbərlər

1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46
xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
suni intelekt is
  • Media

2035-ci ilə qədər jurnalistlərin yarısı işini itirəcək – Süni intellekt media bazarını dəyişir

User 22 Oktyabr 2026 - 17:07

xƏBƏR

beyin
  • Maraqlı

Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır

User 26 Oktyabr 2026 - 12:34
Neyrobioloqlar müəyyən ediblər ki, makak meymunlarının beyni iki təsvir arasında çox sürətlə keçid edir. Halbuki eksperimentin şərtlərinə...
Read more about Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İrana niyə gedir? mekke sazisi
  • Dünya

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İrana niyə gedir?

User 26 Oktyabr 2026 - 12:27
Abid Tahirlinin həyat və yaradıcılığı monoqrafik tədqiqatda 55b57241-1273-488c-b386-7b6f1ecf926b
  • Sosial

Abid Tahirlinin həyat və yaradıcılığı monoqrafik tədqiqatda

User 26 Oktyabr 2026 - 12:24
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib ilham niderland
  • Siyasət

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

User 26 Oktyabr 2026 - 12:16
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin 1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.