Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb.

AzPost bildirir ki, nazir bu barədə X sosial şəbəkəsind yazıb.

“ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşdə biz bu potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirdik. Qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün əhəmiyyəti vurğulandı”, – o yazıb.

“Azərbaycan ilə ABŞ arasında ticarət-iqtisadi, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var”-deyə Mikayıl Cabbarov X sosial şəbəkəsində yazıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.