Mikayıl Cabbarov təhsil naziri Emin Əmrullayevlə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin təhsil naziri Emin Əmrullayevlə görüşüb.

Bu barədə nazir M. Cabbarov “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, görüşdə iqtisadiyyat və təhsil sahələri arasında inteqrasiyanın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

“İnnovativ iqtisadiyyatın qurulması təhsil sistemi ilə birbaşa bağlıdır. Azərbaycanın ali təhsil müəssisələri, peşə məktəbləri, liseylər və məktəbləri, uşaq bağçaları innovativ iqtisadiyyata keçid üçün alternativsiz bazadır”, – nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda Aİ-95 və Aİ-98 benzini bahalaşıb –

Sonrakı məqalə

Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID arayışı tələb olunmayacaq –