Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə abidəsi ucaldılacaq- SƏRƏNCAM

Görkəmli Azərbaycan memarları Mikayıl Ələsgər oğlu Hüseynovun və Sadıq Ələkbər oğlu Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə birgə abidəsi ucaldılacaq.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərində görkəmli memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun vahid kompozisiya şəklində birgə abidəsi ucaldılacaq.

Bakı Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.