“Milan”, “Marsel, “Benfika” və “Vest Hem” 1/4 finala vəsiqə qazanıb –Avropa Liqası

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan ilk dörd komandanın adına aydınlıq gəlib.

İtaliyanın “Milan” komandası Çexiyada “Slaviya Praqa”nın qonağı olub. İlk görüşdə 4:2 hesabı ilə qalib gələn milanlılar bu dəfə də azarkeşlərini sevindirməyi bacarıblar – 3:1.

Bununla da A Seriyası təmsilçisi adını növbəti raunda yazdırıb.

“Vilyarreal” “Marsel”ə 3:0 hesabı ilə qalib gəlsə də, ilk görüşdə rəqibdən 4:0 üstün olan fransalılar növbəti mərhələyə adlayıblar.

İlk görüşdə doğma meydanda Şotlandiyanın “Reyncers” kollektivi ilə 2:2 hesablı heç-heçə edən Portuqaliya təmsilçisi “Benfika” cavab matçında minimal hesabla qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

İngiltərənin “Vest Hem” komandası ilk görüşdə Almaniya “Frayburq”una 1:0 hesabı ilə uduzsa da, ikinci qarşılaşmada rəqibini darmadağın edərək növbəti raunda çıxıb – 5:0.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.