Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Milli Məclisdə təcili çağırış

Orkhan Ali 30 May 2025 - 10:04 (Last updated: 30 May 2025 - 10:04)
Milli Məclis

Milli Məclis

Milli Məclisin yaz sessiyası üzrə bu gün keçirilən sonuncu plenar iclasdan sonra parlamentin növbədənkənar sessiyasının çağırılması planlaşdırılır.
AzPost xəbər verir ki, gündəlikdə on məsələ olan bu iclasla yanaşı, gələn ay Milli Məclisin yenidən toplanacağı ehtimal olunur.

Milli Məclisin Daxili Nizamnaməsinə görə, parlamentin spikeri Prezidentin və ya ən azı qırx iki deputatın təşəbbüsü ilə növbədənkənar sessiya təyin edə bilər. Artıq son iclaslarda belə bir təşəbbüsün irəli sürüldüyü və imzaların toplandığı bildirilib.

Sessiyanın çağırılma səbəbi hələlik rəsmi şəkildə açıqlanmasa da, yaz sessiyasında müzakirəsi başa çatmayan mühüm qanun layihələrinin təxirə salındığı məlumdur. Onlardan ən əhəmiyyətlisi “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsidir. Həmin sənəd mayın iyirmi yeddisində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə edilib. Lakin bu günkü iclasın gündəliyinə daxil edilməyib.

Hakim partiyanın deputatı Müşfiq Cəfərov modern.az-a açıqlamasında növbədənkənar sessiyada büdcə icrası ilə bağlı qanun layihəsinin müzakirə ediləcəyini təsdiqləyib.

Eyni zamanda, bu gün birinci oxunuşdan keçən bəzi qanun layihələrinin də növbədənkənar sessiyada davam etdirilməsi gözlənilir. Bu layihələr əsasən icra, ədliyyə, bələdiyyə və vergi qanunvericiliyinə dəyişikliklərlə bağlıdır.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin təsdiqi məsələsi də növbədənkənar sessiyanın gündəliyinə daxil edilə bilər. Qeyd olunan sənəd artıq Ali Məclisdə iki dəfə müzakirə olunub və yekun qərar üçün Milli Məclisə təqdim edilib.

Xatırladaq ki, Milli Məclis hər il iyulun on beşindən avqustun otuzuna qədər tətil dövrünə çıxır. Əgər bu müddətdə növbədənkənar sessiya çağırılarsa, deputatlar məzuniyyətdən geri qayıdır və parlamentin fəaliyyəti bərpa olunur.

AzPost.az

Post navigation

Previous: Xaricdə təhsil vədi ilə pul yığan ekspertin işi yenidən məhkəmədə
Next: Regionlardakı bələdiyyələrlə bağlı yeni layihə start götürüb

Oxşar xəbərlər

ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
ilham muraciet
  • Baş Yazı

Prezident İlham Əliyev Zəfər günü münasibətilə xalqı təbrik etdi – TAM MƏTN

User 08 Noyabr 2026 - 12:31
abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25

xƏBƏR

ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçiriləcək. Azpost.info təqdim edir.     AzPost.az
Read more about Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.