Milli Məclisin Sədri sosial şəbəkədə paylaşım etdi:

"Qürur hissini bizə yaşadan Ordumuza eşq olsun"
01 Dekabr 2020 - 11:29

Milli Məclisin sədri Sahibə Qafarova Laçın rayonunun işğaldan azad olunması münasibətilə “Twitter” hesabında paylaşım edib. 

Parlamentin sədri paylaşımında bildirib ki, 28 illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı bayrağımız dalğalanır.

“Ali Baş Komandan başda olmaqla bu qürur hissini bizə yaşadan Ordumuza eşq olsun. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır!”,- deyə spiker qeyd edib.