Milli Məclisin sabiq deputatı Mais Səfərli koronavirusdan vəfat edib

07 Dekabr 2020 - 09:50

Azərbaycan Yurddaş Partiyasının sədri, sabiq deputat Mais Səfərli vəfat edib.

Bu barədə APA-ya onun bacısı Gülayə Quliyeva bildirib.

Onun sözlərinə görə, M.Səfərli müalicə aldığı xəstəxanada bu gün vəfat edib.

Bildirilib ki, M. Səfərli 62 yaşında koronavirusdan ölüb.

Qeyd edək ki, M.Səfərli 1958-ci ildə Qubadlıda anadan olub.

Milli Məclisin II çağırış deputatı olan M. Səfərli 1993-cü ildən Azərbaycan Yurddaş Partiyasının sədri idi.