Milli Məclisin sabiq deputatı Maksim Musayev vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə mərhumun oğlu Emin Musayev məlumat yayıb.
Qeyd edək ki, M.Musayev 1938-ci ilin avqustun 18-də anadan olub.
O, 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. M.Musayev 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri və 1991-1992-ci illərdə isə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.