Milli Məclisin sabiq deputatı Maksim Musayev vəfat edib

Milli Məclisin sabiq deputatı Maksim Musayev vəfat edib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə mərhumun oğlu Emin Musayev məlumat yayıb.

 

Qeyd edək ki, M.Musayev 1938-ci ilin avqustun 18-də anadan olub.
O, 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. M.Musayev 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri və 1991-1992-ci illərdə isə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya, Azərbaycan və Ermənistan işçi qrupun fəaliyyətini yüksək qiymətləndirir” –

Sonrakı məqalə

Gəncədə 17 yaşlı tələbə bıçaqlanıb