Milli Məclisin aprelin 7-də keçiriləcək iclasının gündəliyinə beş məsələ daxil edilib

Milli Məclisin aprelin 7-də keçiriləcək plenar iclasının gündəliyinə 5 məsələ daxil edilib.

APA-nın məlumatına görə, gündəliyə Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyəti haqqında hesabatının təqdim edilməsi də daxildir.

Bundan başqa, gündəliyə “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (II oxunuş), “Azərbaycan Respublikası Milli Məclisin daxili nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (II oxunuş), “Azərbaycan Respublikası Milli Məclisin komitələri haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi və Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020), Azərbaycvan Respublikası yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə bağlı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (II oxunuş) salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

XİN bəyanat yayıb

Sonrakı məqalə

Vətəndaşların icazə ilə evdən çıxması barədə məlumatlar rəsmi deyil