Milli Məclisin payız sessiyasının növbəti iclası başlayıb.
İclasın gündəliyinə 33 məsələ daxil edilib.
“Noyabrın 30-da qəzaya uğrayıb, 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçumuz yaranıb”.
Milli Məclisin iclasında spiker Sahibə Qafarovanın təklifi ilə Dövlət Sərhəd Xidmətinin qəzaya uğramış hərbi helikopterində nəlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Milli Məclis 2022-ci ilin dövlət büdcəsi müzakirə edir.
İclasın gündəliyinə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (üçüncü oxunuş) qanun layihəsi daxil edilib.
Layihəyə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğində təsdiq edilməsi təklif olunur.