“Milliön”lərdə işıq puluna görə hüquqi şəxslərdən 1 manat xidmət haqqı tutulacaq –Vətəndaşların ödənişlərinə aid deyil

Ödəmə terminallarında 1 manat xidmət haqqı tutulacaq. 

Bu barədə “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Xəzər” televiziyasının “Birinci studiya” verilişində deyib.

“Hazırda yalnız “Azərişıq” qeyri-əhali ödənişlərində müştərilərdən 1 AZN borcdan əlavə ödəmə olmalıdır. Bu xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olaraq monitorda qeyd olunub. Bu qərar “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib. Bu yalnız “Milliön” köşklərinə şamil olunmur. Ümumi olaraq “Azərişıq” tərəfindən tətbiq olunan razılaşma əsasında rəqib şirkətlərə də şamil edilir”, – deyə Əfəndiyeva qeyd edib.

“Milliön ödəmə terminallarında yalnız “Azərişıq”ın “qeyri-əhali” ödənişləri zamanı borcdan əlavə 1 manat xidmət haqqı ödənilməlidir”-deyə Ü.Əfəndiyeva bildirib.

Azpost.info bildirir ki, terminallardakı “qeyri-əhali” virtual düyməsi yalnız hüquqi şəxslərin-yəni dövlət müəssisələrinin, şirkətlərin, MMC-lərin işıqpulu ilə bağlı borclarının ödəməsi üçün nəzərdə tutulub. Fiziki şəxslərə-yəni vətəndaşlara bunun aidiyyəti yoxdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident təqaüdçüsü, professor Kəbirlinski vəfat edib

Sonrakı məqalə

“Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!” –