Mingəçevir su anbarında ildə təxminən 1,4 milyard kubmetr su buxarlanır

Mingəçevir su anbarının səthindən ildə 1,2-1,4 milyard kubmetr su buxarlanır.

Bunu “Hidroloq” MMC-nin baş mütəxəssisi, texnika elmləri doktoru, Əməkdar mühəndis Əhməd Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransında (“Baku Water Week Conference”) deyib.

O bildirib ki, Azərbaycanın daxili su ehtiyatı orta illik hesabla 10 milyard kubmetrdir və bunun 1,4 milyardı kubmetr buxarlanır.

“Su anbarlarının tikintisi bir çox məsələlərin həllinə kömək etməklə yanaşı, bəzi problemlər də yaradır. Araşdırma nəticəsində su anbarlarının səthindən böyük buxarlanmaların olduğunu aşkarladıq. Düzənlikdə tikilən su anbarlarında itkilər dağətəyi ərazilərə nisbətən daha çox olur. Yağan qarların əksəriyyəti artıq fevral ayından əriyib. İqlim dəyişikliyindən əvvəl isə qarlar may ayında əriməyə başlayırdı. Bu, su anbarlarının tikintisini vacib edir. Amma anbarları düzənlik yox, dağətəyi yerdə tikməliyik. Çünki dağətəyi yerdə tikilən su anbarı ilə düzənlikdəki su anbarı arasında su itkilərində 15-20 faiz fərq var”, – deyə Əhməd Məmmədov əlavə edib.

Əvvəlki məqalə

COP29-u işıqlandıracaq ingilisdilli jurnalistlər üçün təlim keçilib –

Sonrakı məqalə

“Kurtlar vadisi”nin məşhur aktyoru azərbaycanlı aktyorlarla bir filmdə –