Mingəçevirdə ofisiant işləyən tələbəni öldürdülər

Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq öldürülüb

Hadisə “Miraj” restoranının ərazisində baş verib.

Mingəçevir Dövlət Universitetinin tələbəsi 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev bıçaqlanaraq qətlə yetirilib.

İlkin məlumata görə, qətlə yetirilən tələbə “Miraj” restoranında ofsiant kimi çalışırmış. O, sinə və çənə nahiyəsindən aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.

Qeyd edək ki, öldürülən şəxsin anası Əfsanə Alıyeva şəhər Mərkəzi Xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışır.

Faktla bağlı şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SOCAR-ı ziyana salan bahalı qaz –

Sonrakı məqalə

İngilislər Ukryananı evə yola saldılar –