Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • Baş Yazı
  • ÖZƏL

Minimum əmək haqqı ilə Azərbaycanda bir ay yaşamaq mümkündürmü?

Orkhan Ali 19 İyun 2025 - 14:48 (Last updated: 19 İyun 2025 - 14:49)
Əhali

Əhali

Azərbaycanda minimum əmək haqqı 2025-ci ilin əvvəlindən etibarən 400 manat səviyyəsində müəyyən olunub. AzPost bildirir ki, bu göstərici rəsmi qərarla qüvvəyə minsə də, real həyat şərtləri fonunda bu məbləğlə dolanmaq mümkündürmü sualı aktuallığını qoruyur.

Hazırkı iqtisadi vəziyyətdə 400 manatlıq aylıq gəlir ilə vətəndaş nə qədər yaşayış xərclərini qarşılaya bilər? Bu sualı cavablandırmaq üçün 2025-ci ilin ərzaq qiymətləri və kommunal xidmət haqlarına əsaslanan sadə təhlilə nəzər salaq.

Kommunal xidmətlər nə qədər tutur?

Aylıq ortalama istehlak göstəricilərinə əsasən:

  • Elektrik enerjisi: 150 kVt/saat × 8,4 qəpik = təxminən 12,60 manat

  • Təbii qaz: 100 m³ × 12,5 qəpik = 12,50 manat

Bu iki əsas kommunal xidmət üçün bir vətəndaşın aylıq ödənişi təxminən 25 manat təşkil edir. İstilik, su və digər xidmətlər əlavə olunduqda bu rəqəm daha da arta bilər.

Ərzaq səbəti nə qədər başa gəlir?

2025-ci ilin may ayına uyğun təxmini bazar qiymətlərinə əsasən, aşağıdakı sadə ərzaq səbəti tərtib olunub:

  • Çörək (30 ədəd) – 12 manat

  • Süd (30 litr) – 45 manat

  • Yumurta (30 ədəd) – 6 manat

  • Kartof (5 kq) – 8 manat

  • Pomidor, düyü, çay və digər əsas məhsullar – 14 manat

Bu səbətə daxil olan məhsullar gündəlik kalori tələbatını çətinliklə qarşılayır. Ərzaq xərcləri ümumilikdə təxminən 85 manat təşkil edir. Nəzərə alsaq ki, burada ət, yağ, meyvə, balıq və vitaminli məhsullar yer almır, bu siyahı yalnız minimum səviyyədə qidalanma üçün nəzərdə tutulub.

Yerdə nə qalır?

Əgər minimum əmək haqqı ilə yaşayışa baxsaq:

  • Əmək haqqı – 400 manat

  • Ərzaq – 85 manat

  • Kommunal – 25 manat

  • Qalan məbləğ – təxminən 290 manat

Bu məbləğdən mənzil kirayəsi, geyim, nəqliyyat, səhiyyə və digər məcburi xərclər qarşılanmalıdır. Paytaxtda və iri şəhərlərdə mənzil kirayəsinin minimum 250–300 manat civarında olduğunu nəzərə alsaq, bu büdcənin kifayət etmədiyi açıq görünür.

Araşdırma göstərir ki, 400 manatlıq minimum əmək haqqı yalnız bazar səviyyəli qiymətlərə malik rayon və kəndlərdə, o da ailədə digər gəlir mənbəyi olduqda dolanışığa kifayət edə bilər. Lakin Bakıda və digər iri şəhərlərdə tək yaşayan vətəndaş üçün bu məbləğlə ayı başa vurmaq çətin görünür.

AzPost.az

Post navigation

Previous: “Tehran əhalisi şimala, Xəzərsahili şəhərlərə qaçır…” –
Next: Diş sağlamlığı irsidir?

Oxşar xəbərlər

market
  • Baş Yazı

Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?

User 25 Oktyabr 2026 - 16:20
Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.