MİQ-də Azərbaycan bölməsi üzrə vakant yerlərin statistikası açıqlanıb

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi dövlət ümumi təhsil müəssisələrində son iki ildə Azərbaycan bölməsi üzrə mövcud olan vakant yerlərə dair müqayisəli statistikanı açıqlayıb.

Mərkəzdən bildirilib ki, fransız dili, musiqi, rus dili və təsviri incəsənət fənləri istisna olmaqla, digər bütün fənlər üzrə təqdim edilən vakant yerlərin sayı ötən illə müqayisədə artıb. Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 10 mindən artıq vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim ediləcək.

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində bütün fənlər üzrə minimum tələb 40 bal müəyyən olunub. Müsabiqənin test imtahanı mərhələsinin minimum tələbini ödəyən namizədlər vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.