Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya
  • ÖZƏL

Miqrantlara “sənəd düzəldən” polislər tutuldu

Orkhan Ali 25 İyun 2025 - 10:03 (Last updated: 25 İyun 2025 - 10:01)
Həbs

Həbs

Rusiya Federasiyasının Kaluqa vilayətində polis rəisinin müavini və cinayət axtarış idarəsinin rəisi qanunsuz miqrasiya işi ilə bağlı həbs olunub. AzPost MK-ya istinadla xəbər verir ki, onlar Rusiya ərazisində 50 minə yaxın miqrantı qanunsuz olaraq leqallaşdırmaqda ittiham edilir.

Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə mətbuat xidmətinin məlumatına görə, iki yüksək rütbəli polis əməkdaşı iki il ərzində əcnəbilərin rus dilindən və Rusiya qanunvericiliyinin əsaslarından imtahan verməsini saxtalaşdıraraq, onlara iş icazəsi, müvəqqəti və daimi qeydiyyat, eləcə də digər sənəd prosedurlarını qondarma şəkildə verib. Bu miqrantlar əldə etdikləri sənədlərlə ölkənin müxtəlif bölgələrində yerləşdiriliblər.

Hazırda şübhəlilər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin 3-cü hissəsi (“Xarici vətəndaşların Rusiya Federasiyasında qanunsuz qalmasının təşkili”) və 291-ci maddəsinin 3-cü hissəsi (“Rüşvət vermə”) ilə ittiham olunurlar.

Cinayət işi üzrə ümumilikdə 5 nəfərin iştirakı müəyyən edilib. Qanunsuz leqallaşdırılan miqrantların məlumatları toplanır, onların barmaq izləri götürülərək vətənlərinə deportasiyası həyata keçiriləcək.

AzPost.az

Post navigation

Previous: İyulun 1-dən bu şəxslərin müavinət və təqaüdləri artacaq
Next: Bakı sakini kommunal xidmətlərə ayda nə qədər xərcləyir?

Oxşar xəbərlər

pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
paşinyan
  • Dünya

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı

User 29 Oktyabr 2026 - 14:13
Tatarıstana
  • Dünya

Rusiya Dneprdə elektrik qatarına PUA zərbəsi endirib, 13 nəfər ölüb

User 29 Oktyabr 2026 - 13:57

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək. “Report”un əldə etdiyi məlumata görə, Azərbaycan...
Read more about Prezident İlham Əliyev Türkiyəyə getməyəcək
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
İpoteka Fondunda ekspertlərlə görüş keçirilib kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.