Mirziyoyev Putinlə Qaraqalpaqdakı vəziyyəti müzakirə etdi- “Xarici qüvvə” amilinə eyham vurdu

Özbəkistan Prezidenti Şavkat Mirziyayevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya prezidenti Özbəkistan hökumətinin Qaraqalpaqda vəziyyəti sabitləşdirmək üçün gördüyü qəti tədbirləri dəstəkləyib. Mirziyoev iğtişaşlarda xarici qüvvələrin iştirakına eyham vursa da, heç bir ölkənin adını çəkməyib. Bu, iyulun 1-2-də Qaraqalpaqda iğtişaşlara çevrilən kütləvi nümayişlərdən sonra prezident Mirziyoyevlə Rusiya lideri arasında ilk ünsiyyətdir.

Özbəkistan hökuməti baş verənlərə görə konstitusiya islahatlarını yanlış şərh edən bəzi vətəndaşları günahlandırıb. İğtişaşlar zamanı 18 nəfərin öldüyü, 246 nəfərin yaralandığı bildirilir. İyulun 2-də prezident Mirziyoyev Qaraqalpaqda bir ay müddətinə fövqəladə vəziyyət elan edib. Rəsmilər vəziyyətin hazırda nəzarət altında olduğunu bildirirlər.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.