Mirzoyan ATƏT nümayəndəsi Anjey Kaspşiklə görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Azpost.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” yazıb.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Kaspşik İrəvana ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin tapşırığına əsasən Laçın dəhlizinə səfər etmək və vəziyyətlə bağlı hesabat təqdim etmək üçün gəlib.

Görüş zamanı tərəflər bu məsələ ətrafında müzakirə aparıblar.

Azpost.info

Əvvəlki məqalə

Magistraturaların boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub

Sonrakı məqalə

Qərbi Azərbaycan İcması Lüksemburqa etiraz edib