MKİ-nin “ekstrasens casusu”ndan son xəbərdarlıq –Günəş Yerə “ölüm zərbəsi” vura bilər

“Ekstrasens casus” kimi tanınan Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Ed Deyms ölümündən bir müddət əvvəl gələcəklə bağlı dəhşətli bir proqnoz verib.

Azpost.info bildirir ki, bu barədə Daily Express qəzeti yazıb.

Ceymsin ölümündən sonra dərc olunmuş son müsahibəsinə görə, Yer artıq sivilizasiyanı məhv edə biləcək güclü günəş şoku olan “ölüm zərbəsi”nin ilkin mərhələsinə qədəm qoyur.

Deyms iddia edir ki, 2026-cı ilin sonuna qədər davam edəcək günəş maksimum aktivliyindən sonra Günəş güclü tac kütlələrini buraxa bilər. Bu, elektrik şəbəkələrini sıradan çıxaracaq, bütün rabitə formalarını pozacaq və qlobal xaosa səbəb olacaq.

Deyms 1970-1990-cı illərdə kəşfiyyat məqsədləri üçün ekstrasens qabiliyyətlərini araşdıran gizli ABŞ kəşfiyyat proqramlarında iştirak edib. Xüsusi agentin işini tənqid edənlər Deymsin ilkin proqnozlarının heç vaxt gerçəkləşmədiyini qeyd edirlər.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.