Moldova bu tarixədək ölkə Aİ-yə üzv olacaq- Prezident Sandu açıqladı

“Moldova 2030-cu ilədək Avropa İttifaqına üzv olacaq”.

Azpost.info xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu parlamentdəki çıxışı zamanı bildirib.

“Avropa ailəsinin tamhüquqlu üzvü olmaq üçün real şansımız var. Avropa İttifaqı dövlətləri bizi dəstəkləyir, moldovalılar Avropa yolunu seçiblər”, – Sandu qeyd edib.

Sandu hesab edir ki, 3 onillik ərzində Moldova bir neçə fərqli yolla getməyə çalışıb, hamısı da uğursuzluğa düçar olub: “Aİ-yə üzv dövlətlər öz vətəndaşlarının rifahını və təhlükəsizliyini təmin edir, Moldova isə hələ indi güclə əsirlikdən çıxır”.

Moldova lideri ölkədəki bütün siyasi qüvvələri ölkə üçün avrointeqrasiya yolundan başqa heç bir yolun olmadığını qəbul etməyə çağırıb.

Azpost.info

Əvvəlki məqalə

Peşə məktəblərində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sonrakı məqalə

Bir qrup rus müğənni, aktyor və politoloqun Latviyaya girişinə qadağa qoyuldu