Moldovada müxalifət lideri saxlanılıb

Moldovanın Antikorrupsiyaya Prokurorluğu müxalifətdəki “Şor” partiyasından olan deputat Marina Tauberin həbs edildiyini açıqlayıb.

Azpost.info xəbər verir ki, o, Kişinyov hava limanında saxlanılıb. Tauber Türkiyəyə, oradan isə İsrailə uçmalı idi.

Məlumata görə, təqsirləndirilən şəxs artıq bir neçə dəfə hakimlər tərəfindən qoyulmuş şərtləri pozub. Prokurorlar cinayət təqibi orqanlarından gizlənmək riski böyük olduğu üçün onun hava limanında saxlanmasını zəruri hesab ediblər.

Deputat İsrailə getmək üçün onun işinə məhkəmədə baxılmasını təxirə salmağı xahiş edib. Lakin prokurorluğun qərarına əsasən, Tauberə yaşayış yerini tərk etmək qadağan edilib.

Müxalifətçi deputat sosial şəbəkələrdə videomüraciətində həbsinin siyasi motivli olduğunu bildirib.

Deputatın həbsinə order mayın 1-də – saxlanıldığı gün verilib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.