“Monitorinq göstərir ki, göl ətrafında çirklənmə yoxdur” –Ekologiya nazirindən AÇIQLAMA

“Sizin göllə bağlı narahatlığınız çox ciddi şəkildə öyrəniləcək. Müvafiq qurumlar burada təhlillər aparacaqlar”.

Bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşü zamanı deyib.

Komissiya sədri bildirib ki, gölün insan həyatına nə qədər neqativ təsir göstərməsi məsələlərinin hamısı araşdırılacaq:

“Bəndqurma işlərinə ciddi şəkildə yanaşılacaq. Hava monitorinqi onu göstərir ki, Söyüdlü kəndində və gölün ətrafında çirklənmə yoxdur”. (Report)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.