Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Monteneqroda saxlanılan azərbaycanlı ölkəyə ekstradisiya edildi

User 29 İyul 2026 - 18:49 (Last updated: 29 İyul 2026 - 18:49)
Həbs

Həbs

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Süleymanov Hidayət Nemət oğlu Monteneqroda saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

AZPOST xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cinayət törətməkdə ittiham olunan və beynəlxalq axtarışa verilmiş şəxslərin tutularaq Azərbaycana gətirilməsi istiqamətində xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq tədbirləri davam etdirilir.

Məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Monteneqroda müəyyən edilən Hidayət Süleymanov iyulun 29-da ölkəyə ekstradisiya olunub.

İstintaq materiallarına əsasən, o, 2024-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxsə müxtəlif vaxtlarda yalan vədlər verərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilir. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) üzrə ittiham irəli sürülüb.

Baş Prokurorluğun ekstradisiya sorğusu və aparılan danışıqlardan sonra Monteneqro tərəfi Hidayət Süleymanovun Azərbaycana təhvil verilməsinə razılıq verib.

Ədliyyə Nazirliyinin məlumatına görə, o, Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin əməkdaşları tərəfindən Monteneqronun Tivat şəhərindən Azərbaycana gətirilib.

Məhkəmənin qərarına əsasən, Hidayət Süleymanov barəsində seçilmiş həbs qətimkan tədbiri icra olunaraq o, istintaq təcridxanasına yerləşdirilib.

Ədliyyə Nazirliyi bildirib ki, beynəlxalq axtarışda olan şəxslərin ölkəyə ekstradisiyası istiqamətində zəruri tədbirlər davam etdirilir.

AzPost.az

Post navigation

Previous: Avtomobilinizi səhər yoxlayın –
Next: Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb

Oxşar xəbərlər

pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
bextiyar dali
  • Sosial

Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi

User 03 Noyabr 2026 - 14:11
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı
  • Sosial

“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat

User 03 Noyabr 2026 - 13:22

xƏBƏR

abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
ABŞ Konqresinə aralıq seçkilər seçki məntəqələri açılmamışdan əvvəl faktiki olaraq başlayıb: artıq 57 milyon insan səs verib....
Read more about Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır budce
  • İqtisadiyyat

Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

User 03 Noyabr 2026 - 15:06
“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko lukasenko
  • Dünya

“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko

User 03 Noyabr 2026 - 14:50
Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı peskov
  • Dünya

Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı

User 03 Noyabr 2026 - 14:41
Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.