“Moskva Azərbaycanla əlaqələrin pozulmasından təəssüflənir” –Putinin sözçüsü

Peskov
Peskov

“Moskva Azərbaycanla əlaqələrin pozulmasından təəssüflənir və münasibətlərin daha da inkişafında maraqlıdır”.

AzPost bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz qəbul edilmiş qərarlara görə təəssüflənirik. Kreml nümayəndələrinin fikrincə, hüquq-mühafizə orqanlarının hərəkətləri ilə bağlı məsələlər belə genişmiqyaslı məhdudiyyətlərə səbəb olmamalıdır”, – Kreml rəsmisi əlavə edib.

Peskovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı prezidentlər – Vladimir Putinlə İlham Əliyev arasında ayrıca söhbət planlaşdırılmır: “Rusiya tərəfi Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.