“Ermənistanın təhqiramiz ritorikasından narahatıq”- Rusiya XİN

Rusiya Ermənistanın KTMT ilə bağlı ultimativ və təhqiramiz ritorikasından narahatdır.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Ermənistan rəhbərliyinin KTMT mövzusuna dair bəyanatlarında üstünlük təşkil edən və erməni cəmiyyətinə sözün əsl mənasında yeridilmiş ultimativ, bəzən hətta təhqiredici ritorikadan narahat olmaya bilmərik”, – Zaxarova bildirib.

XİN rəsmisi qeyd edib ki, Moskva ölkələrin öz xarici siyasət kursunu, o cümlədən beynəlxalq və regional strukturlarda iştirak dərəcəsini müəyyən etmək hüququ ilə bağlı mübahisə etmir və bu, KTMT-yə də aiddir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.