“Moskva əmindir ki, Rusiya və Azərbaycan tərəfdaş və müttəfiq olaraq qalmalıdır”
AzPost bildirir ki, bu sözlri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Moskva ilə Bakı arasında yaranan problemlər konstruktiv şəkildə həll edilməlidir.
Rusiya prezidentinin mətbuat katibi həmçinin bəyan edib ki, rusiyalı diplomatlar Azərbaycan tərəfi ilə daim təmasdadır. Bundan başqa, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və baş prokuror İqor Krasnov Azərbaycanın baş prokuroru Kamran Əliyevlə əlaqə saxlayırlar.