Moskva-İrəvan reysi ilə uçan təyyarə məcburi eniş edib

“Flyone” aviaşirkətinin Moskva-İrəvan reysi ilə uçan sərnişin təyyarəsi qatı duman səbəbindən Tbilisiyə məcburi eniş edib.

Azpost.info xəbər verir ki, məlumatı aviaşirkət də təsdiqləyib.

“Flightradar24”ün məlumatına görə, təyyarə İrəvana uçsa da, hava şəraitinə görə eniş etməyib və Gürcüstana uçub.

Təyyarənin İrəvana nə vaxt çatacağı barədə hələlik məlumat yoxdur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.