Moskva Kiyevlə dialoqu bərpa etməyə hazırdır- AÇIQLAMA

“Moskva Ukrayna böhranının diplomatik yolla nizamlanması üçün Kiyevlə dialoqu bərpa etməyə hazırdır”.

Azpost.info xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Sziyarto bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfinin mövqeyini Budapeştdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çatdırıb.

“Həmkarım Sergey Lavrov bizə bildirdi ki, Rusiya sülh danışıqlarına hazırdır. Aydındır ki, bir çox təfərrüatlara aydınlıq gətirilməlidir. Ümid edirəm ki, tezliklə tərəflərin danışıqlar masasına qayıtmasını asanlaşdıracaq şərait yaranacaq”.

Azpost.info

Əvvəlki məqalə

Tibbi yardıma ehtiyacı olanların Ermənistana təxliyəsinə şərait yaradılır

Sonrakı məqalə

Prezident İlham Əliyev İtaliya xalqına başsağlığı verib