“Moskva” kreyserinin 27 ekipaj üzvü itikin düşüb –Rusiya Müdafiə Nazirliyi məlumat yaydı

“Moskva” kreyserində yanğın zamanı 1 hərbçi həlak olub, 27 ekipaj üzvü itkin düşüb.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, aprelin 13-də baş verən yanğın zamanı döyüş sursatı detonasiyaya uğrayıb və gəmi ciddi şəkildə zədələnib. Yanğının söndürülməsi cəhdləri nəticəsiz olub. Gəminin saxlanması üçün aparılan mübarizədə 1 hərbi qulluqçu həlak olub, 27 ekipaj üzvü itkin düşüb.

Qalan 396 nəfər Qara Dəniz donanmasının digər hərbi gəmiləri ilə təxliyə olunub.

Əvvəlki məqalə

“Britaniya Ermənistan və Azərbaycanın atdığı addımları alqışlayır” –

Sonrakı məqalə

Mariupolda min nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar edilib