“Moskva Tbilisi ilə münasibətləri normallaşdırmağa hazırdır” –XİN

Münasibətləri normallaşdırmağa Tbilisi nə qədər hazırdırsa Rusiya da buna o qədər hazır olacaq.

Azpost.info bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Gürcüstanla ikitərəfli münasibətlərin normallaşdırılmasının gələcək perspektivlərinə gəlincə, Tiflis buna hara qədər hazır olacaqsa biz də o qədər getməyə hazırıq”, – diplomat qeyd edib.

Onun sözlərinə görə, Moskva gürcü xalqının müdrikliyinə və nəcibliyinə inanır. “Biz inanırıq ki, gürcü xalqı ən çirkin və çox təhlükəli oyunda piyadaya çevrilməmək üçün kifayət qədər uzaqgörən olacaq”, – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi yekunlaşdırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.