Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Qrenlandiya böhranı NATO-nu parçalaya bilərmi?

Orkhan Ali 26 Yanvar 2026 - 11:11 (Last updated: 26 Yanvar 2026 - 11:12)
wr-360

Qərblə bağlı ən çox müzakirə olunan mövzulardan biri Qrenlandiya ətrafında yaranan siyasi qalmaqaldır.

AzPost xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Danimarkaya məxsus Qrenlandiyanın ABŞ-ın nəzarətinə verilməsi ilə bağlı tələbi Avropada ciddi şok, çaşqınlıq və narazılıq yaradıb.
Məsələ təkcə bir ada ilə bağlı deyil, Avropa ilə ABŞ arasında onilliklərdir mövcud olan avroatlantik tərəfdaşlığın gələcəyini sual altına qoyur. Avropa liderləri hesab edir ki, NATO-nun əsas dayağı olan Vaşinqton ilk dəfə açıq şəkildə öz müttəfiqinin ərazi bütövlüyünü hədəf alır. Tramp isə açıq şəkildə bəyan edib ki, ABŞ-ın təhlükəsizliyi üçün Qrenlandiya lazımdır və bu məsələdə Avropanın etirazları onu maraqlandırmır.

ABŞ Konqresində Qrenlandiyanın ilhaqı və 51-ci ştat kimi ABŞ-a daxil edilməsi ilə bağlı təşəbbüsün səsləndirilməsi vəziyyəti daha da gərginləşdirib. Danimarkanın xarici işlər naziri bu addımın NATO-nun sonu ola biləcəyini bildirib. Polşa, Fransa, Almaniya və Niderlanddan gələn sərt açıqlamalar isə Avropada narazılığın miqyasını açıq şəkildə göstərir.

Analitiklərin fikrincə, bu proses Avropanın ABŞ-dan asılılığını bir daha üzə çıxardı. Avropa İttifaqı ölkələri anlayır ki, nə hərbi, nə də iqtisadi baxımdan Vaşinqtonsuz tam müstəqil təhlükəsizlik sistemi qurmaq asan deyil. Buna baxmayaraq, ABŞ-a qarşı “cavab addımları” da müzakirə mövzusuna çevrilib.

Almaniyada ABŞ hərbi bazalarının bağlanması və ya icarə haqlarının artırılması ideyaları səsləndirilir. Eyni zamanda, Fransa və Böyük Britaniyanın nüvə potensialı əsasında Avropa üçün ayrıca “nüvə çətiri” yaradılması təklif olunur. Lakin mütəxəssislər bu ideyaların böyük maliyyə və resurs çatışmazlığı səbəbindən real olmadığını bildirirlər.

Bəzi Avropa siyasətçiləri hətta NATO-dan çıxmaq ehtimalını da dilə gətirsə də, bu variant ciddi dəstək qazanmır. Çünki alternativ təhlükəsizlik modeli hələ formalaşmayıb. Digər tərəfdən, Avropada ABŞ-ı kənarda qoyan yeni hərbi-siyasi blokun kim tərəfindən idarə ediləcəyi də sual altındadır.

Siyasi şərhçilər bildirir ki, Avropa faktiki olaraq iki seçim qarşısındadır: ya Tramp administrasiyasının dövrünü “sakit şəkildə” başa vurmaq, ya da ABŞ-la açıq qarşıdurmaya getmək. Birinci variant daha real hesab olunur. ABŞ-da güclü avroatlantik lobbinin mövcudluğu da Trampın tam kəskin addımlar atmasına mane olur.

Maraqlıdır ki, Tramp özü də son açıqlamalarında tonunu bir qədər yumşaldıb. O bildirib ki, Qrenlandiyanın təhlükəsizliyi NATO çərçivəsində təmin edilə bilər və Avropaya qarşı ticarət sanksiyaları məsələsi gündəmdə deyil. Bu isə böhranın hələlik tam qarşıdurmaya çevrilmədiyini göstərir.

AzPost.az

Post navigation

Previous: İstifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək
Next: Davosda “Dialoq Ruhu”

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
“Biz dəfələrlə bəyan etmişik ki, güc yolu ilə özümüzü müdafiə etməyə tam hazırıq. Eyni zamanda, danışıqlar vasitəsilə...
Read more about İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”
65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir? herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.