“Moskva Ukraynaya müdaxilə üçün kampaniya aparır” –Britaniyanın XİN başçısı

London Moskvanı Ukraynaya qarşı təcavüzkarlığı dayandırmağa çağırıb.

Azpost.info bildirir ki, bu barədə Britaniyanın xarici işlər naziri Liz Trass Tvitterdə yazıb.

“Rusiya hakimiyyəti dezinformasiya kampaniyası aparır. İnformasiya təcavüzü Ukraynaya qarşı yönəlib”-deyə nazir yazıb.

Trassın sözlərinə görə, Moskva bununla Ukraynaya müdaxiləsinə haqq qazandırmağa çalışır. “Moskva vəziyyətin gərginləşdirilməsi və suveren qonşunun ərazisinə müdaxilə üçün dezinformasiya kampaniyası aparır”.

Diplomat Kremli Kiyevə qarşı təcavüzkar siyasəti dayandırmağa çağırıb. “Rusiya öz təcavüzkarlığını dayandırmalı, gərginliyin azaldılmasına və konstruktiv danışıqlara başlamalıdır”-deyə Trass vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkmənistan Vahid Tranzit Tarifi üzrə Sazişə qoşulacaq

Sonrakı məqalə

Rusiya Ukrayna ilə sərhəddə “İsgəndər” raketlərini yerləşdirməyə başlayıb –