Rusiyaya məxsus təyyarənin pilotları Moskva səmasında uçan naməlum obyekt (UNO) aşkar ediblər.
Azpost.info bildirir ki, bu barədə Aviaincident Telegram kanalı yazıb.
Hadisə oktyabrın 17-də baş verib. Şeremetyevo hava limanından Minskə uçan Airbus A320 təyyarəsi təxminən səkkiz min metr yüksəklikdə uçurmuş. Bu zaman ekipaj ön tərəfində sarı-qırmızı zolaqları olan günbəz və ya qanadı xatırladan sirli obyekt görüb.
Telegram kanalı xəbər verir ki, obyekt təyyarənin uçuş səviyyəsindən aşağıda olub və uçuşa heç bir təsir göstərməyib.
Azpost.info