“Moskva və Kiyev arasında danışıqların kəsilməsinin günahkarı Qərbdir” –İsrailin eks-Baş naziri

“Rusiya və Ukrayna arasında sülh danışıqlarının kəsilməsinin günahkarı Qərb ölkələridir”.

Azpost.info bildirir ki, bu barədə İsrailin sabiq Baş naziri Naftali Bennet bildirib.

O bu diplomatik prosesdə vasitəçi kimi çıxış edib. “Mənim fəaliyyətim xırda detallarına qədər ABŞ, Almaniya və Fransa ilə razılaşdırılmışdı. Onlar danışıqları kəsdilər”-deyə Bennet bildirib.

Sabiq Baş nazir deyib ki, Qərb ölkələri Ukraynada hərbi əməliyyatları dayandırmaq əvəzinə müəyyən bir məqamda “Rusiyanı darmadağın etmək” barədə qərar qəbul etdilər.

Azpost.info

 

Əvvəlki məqalə

“Bakı ilə münasibətləri normallaşdıqdan sonra Ermənistanla sərhəd açılacaq” –

Sonrakı məqalə

“İnana bilmirdik ki, bu qədər iş görən Şahı Xomeyni əvəz edə bilər” –