Moskvada erməni-azərbaycanlı davasında iştirak etmiş 30 nəfər saxlanılıb

25 İyul 2020 - 21:45

Moskvada erməni-azərbaycanlı davasında iştirak etmiş 30 nəfər saxlanılıb.

Azpost.info bildirir ki, bu barədə DİN-in Moskva İdarəsindən məlumat verilib. Onlara 5 il Rusiyaya giriş qadağan olunub.

Qanun pozanları “xırda xuliqanlıq” maddəsi ilə inzibati məsuliyyətə cəlb ediblər. Onlara qarşı həmçinin xuliqanlıq və quldurluqla bağlı cinayət işi açılıb.

RİA Novosti hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən bildirir ki, burada söhbət ermənilərlə azərbaycanlılar arasında münaqişədən gedir. Polis rəsmi olaraq bu faktla bağlı açıqlama verimir.