Moskva meri seçkilərinin rəsmi nəticələri- AÇIQLANDI

Rusiya Mərkəzi Seçki Komissiyası Moskva meri seçkilərində Sergey Sobyaninin qalib gəldiyini elan edib. 

Azpost.info xəbər verir ki, 2010-cu ildən bu vəzifədə olan Sobyanin növbəti müddətə mer seçilib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ona seçicilərin 76,39 faizi səs verib.

Seçkilərdə ikinci yeri Rusiya Kommunist Partiyasının nümayəndəsi Leonid Zyuqanov tutub: moskvalıların 8,11 faizi ona səs verib.

“Rosstat”ın məlumatına görə, 3 gün davam edən seçkilərdə əhalisi 13 097 539 nəfər olan paytaxtda ümumilikdə 3,3 milyondan bir qədər çox insan səs verib. Onlardan 2,7 milyonu uzaqdan səs verib.

42,5 faiz təşkil edən seçici fəallığı rekord hesab olunur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.