Rusiyada mühacirətdə olan Qırğızıstanın ilk prezidenti Əsgər Akayev Bişkekə qayıdıb. O, hava limanında Qırğızstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən saxlanıb.
Azpost.info bildirir ki, bu sensassiyalı məlumatı Qırğızstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti yayıb.
“Milli Təhlükəsizlik Komitəsinin gördüyü tədbirlər nəticəsində sabiq prezident Bişkekə gətirilib. O, dərhal istintaq qrupuna təhvil verilib”-deyə məlumatda vurğulanır.
Qeyd edək ki, 2005-ci ildə “rəngli inqilab”dan sonra devrilən Akayev Moskvaya qaçıb.
Bu illər ərzində Akayev beynəlxalq axtarışda olub.
Sabiq prezidentə 1992-ci ildə “Kumtor” şirkəti ilə bağlı korrpusiya ittihamı ilə cinayət işi açılıb.