Devrilmiş sabiq prezident Əsgər Akayev Moskvadan Bişkekə gətirilib

Rusiyada mühacirətdə olan Qırğızıstanın ilk prezidenti Əsgər Akayev Bişkekə qayıdıb. O, hava limanında Qırğızstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən saxlanıb.

Azpost.info bildirir ki, bu sensassiyalı məlumatı Qırğızstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti yayıb.

“Milli Təhlükəsizlik Komitəsinin gördüyü tədbirlər nəticəsində sabiq prezident Bişkekə gətirilib. O, dərhal istintaq qrupuna təhvil verilib”-deyə məlumatda vurğulanır.

Qeyd edək ki, 2005-ci ildə “rəngli inqilab”dan sonra devrilən Akayev Moskvaya qaçıb.

Bu illər ərzində Akayev beynəlxalq axtarışda olub.

Sabiq prezidentə 1992-ci ildə “Kumtor” şirkəti ilə bağlı korrpusiya ittihamı ilə cinayət işi açılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nikol Paşinyan Ermənistanın Baş naziri təyin olunub

Sonrakı məqalə

Daha 20 ölkədən Azərbaycana uçuşlara icazə verildi –