Moskvada terror aktında həlak olan generala Rusiya Qəhrəmanı adı verildi

Moskvada terror aktı nəticəsində həlak olan general-leytenant İqor Kirilov ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görülüb.

Azpost.info xəbər verir ki, bu barədə TASS yüksək vəzifəli mənbəyə istinadən xəbər verir.

Qəhrəman Ulduzu zabitin ailəsinə verilib.

Kirilov və onun köməkçisi mayor İlya Polikarpov dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində törədilən terror aktı nəticəsində həlak olublar. Bomba yaşayış binasının girişinin yanında dayanan elektrik skuterinə bərkidilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.