Moskvadan rus sərhədçilərinin İrəvan hava limanından çıxarılmasına münasibət

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın Zvartnots beynəlxalq hava limanındakı Rusiya sərhədçilərinin oradan çıxarılmalı olduğuna dair çağırışlara münasibət bildirib.

TASS agentliyinin məlumatına görə, M.Zaxarova bildirib ki, Moskva Yerevandan bu barədə heç bir rəsmi müraciət almayıb.

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan fevralın 27-də demişdi ki, Rusiya sərhədçilərinin Zvartnots hava limanını tərk etməsi düzgün olardı.

O əlavə etmişdi ki, bu onun şəxsi fikridir və bu barədə hər hansı müzakirələrin aparılıb-aparılmamasından xəbərsizdir. Simonyan demişdi ki, belə müzakirələrin güc nazirlikləri tərəfindən aparılmasını istisna etmir, amma o bu müzakirələrin iştirakçısı deyil.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.