Rusiyada, “Moskva-Siti” elit şəhərciyində üç partlayış baş verib.
AzPost bildirir ki, bu barədə rus teleqram kanalları məlumat yayıb.
Hazırda ərazidə güclü yanğın davam edir. Yanğının baş vermə səbəbləri araşdırılır, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə yollanır.
Hadisə şahidləri SHOT-a bildiriblər ki, Moskvada yeraltı dayanacaqda avtomobil partlayıb.