Moskvaya dron hücumu 2 aeroportun işini iflic vəziyyətə salıb- 30-a yaxın reys təxirə salınıb

Moskvanın Vnukovo və Domodedovo hava limanları avqustun 10-na keçən gecə paytaxta növbəti PUA hücumu ilə əlaqədar uçuşların qəbulu və yola salınmasını məhdudlaşdırıb.

Azpost.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Vnukovo hava limanından asılı olmayan səbəblərə görə səhər saat 2.43-dən etibarən təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Saat 5.15-dən etibarən uçuşlara məhdudiyyətlər aradan qaldırılıb”, – agentlik yazır.

Domodedovoda da oxşar tədbirlər görülüb. Əlavə uçuş təhlükəsizliyi tədbirlərini təmin etmək üçün hava limanı təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlər səhər saat 2.59-dan səhər saat 5.15-dək qüvvədə olub.

Ümumilikdə iki hava limanında 30-a yaxın reys təxirə salınıb. Onlayn tabloya əsasən, Domodedovoda 20, Vnukovoda 9 reys gecikib.

Gələn təyyarələr başqa hava limanlarına yönləndirilib.

Paytaxt meri Sergey Sobyanin Moskvaya doğru uçan iki hücum dronunun hava hücumundan müdafiə qüvvələri tərəfindən səhər saat 4 radələrində vurulduğunu bildirib. Onun sözlərinə görə, pilotsuz təyyarələrdən biri Kaluqa vilayətində, digəri isə Mərkəzi Dairəvi yol ərazisində məhv edilib.

Müdafiə Nazirliyi bildirib ki, bir pilotsuz təyyarə Kaluqa vilayətinin Maloyaroslavski rayonu, ikincisi isə Moskva vilayətinin Odintsovo rayonu üzərində səmada məhv edilib. Həmçinin Sevastopol yaxınlığında iki dron vurulub, daha doqquzu isə elektron müharibə ilə yatırılıb.

Rəsmilər tələfat və dağıntı olmadığını bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

“Seçkidə fırıldağa əl atmalarına imkan verməyəcəyik” –

Sonrakı məqalə

Mərkəzi Bank xaricə pulköçürmələrdə gündəlik limiti ləğv edib